PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
25 oktyabr 2014 | 12:10   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin Serbiya üzrə məruzəçisi kimi oktyabrın 26-dan 29-dək Belqradda səfərdə olacaqdır.
  Səfər çərçivəsində Səməd Seyidov ölkə rəhbərliyi ilə, o cümlədən antikorrupsiya agentliyinin direktoru, ombudsman, siyasi partiyaların nümayəndələri, vətəndaş cəmiyyətinin  və ölkədəki beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlər keçirəcək, Serbiyanın Avropa Şurası qarşısında götürdüyü vəzifə və öhdəliklərin yerinə yetirilməsi vəziyyəti ilə bağlı müzakirələr aparacaqdır.

*        *       *

Milli Məclisin deputatları Rafael Hüseynov və Elxan Süleymanov AŞPA-nın Hüquqi işlər və insan hüquqları Komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 28-dən noyabrın 1-dək Madrid şəhərində səfərdə olacaqlar.
Tədbirdə İspaniyada insan hüquqlarının vəziyyəti, Avropada QHT-lərin fəaliyyətinə qoyulan məhdudiyyətlərin qarşısının alınması, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə insan hüquqlarına əməl olunması barədə fikir mübadiləsi aparılacaqdır.
Komitənin iclasında iştirak etdikdən sonra deputat Rafael Hüseynov noyabrın 3-dən 5-dək Strasburqda keçiriləcək Demokratiya üzrə Dünya Forumunda da iştirak edəcəkdir.
Forumda dünyada baş verən qlobal dəyişikliklərdə gənclərin yeri və rolu mövzusu müzakirə olunacaqdır.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU