MİLLİ MƏCLİSİN DEPUTATI BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
29 oktyabr 2014 | 03:10   
Paylaşın:        

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinə dair beynəlxalq seminarda iştirak etmək üçün oktyabrın 30-dan noyabrın 1-dək Madriddə səfərdə olacaqdır.  
Tədbirdə “Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsində milli parlamentlərin rolu” mövzusunda fikir mübadiləsi aparılacaq, rəy və təkliflər bildiriləcəkdir.
Deputatımız müzakirə olunan məsələyə dair çıxış edəcək, avropalı parlamentarilərlə fikirlərini bölüşəcəkdir.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU