QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ PARLAMENT MƏCLİSİNDƏ

XƏBƏRLƏR
30 oktyabr 2014 | 04:10   
Paylaşın:        

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi  Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin  rəhbəri Asəf Hacıyev noyabrın 2-dən 5-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.
Deputatımız QDİƏT PM-in Hüquqi və siyasi məsələlər üzrə Komitəsinin işçi qrupunun iclasına qatılacaq. İclasda QDİƏT-in Beynəlxalq katibliyinin Əsasnaməsinə və qurumun Reqlamentinə təklif olunan düzəlişlərə baxılacaq, fikir mübadiləsi aparılacaq.
Asəf Hacıyev müzakirələrdə yaxından iştirak edəcək.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU