DEPUTATIMIZ AVSTRİYAYA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
04 noyabr 2014 | 10:11   
Paylaşın:        

Milli Məclisin deputatı Sahibə Qafarova Azərbaycan və Avstriya  arasında  məişət  zorakılığının qarşısının alınması sahəsində  təcrübə  mübadiləsi məqsədi ilə təşkil  edilən seminarda iştirak  etmək üçün  noyabrın 2-dən 8-dək  Vyana  şəhərində  səfərdə olacaq.
Tədbir “Məişət  zorakılığının qarşısının alınması haqqında  qanunun icrasına dəstək” layihəsi  çərçivəsində  həyata  keçirilir. Toplantıda məişət zorakılığın qarşısının alınması  və qadın  hüquqları ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi, insan  alveri ilə  mübarizə üsulları, bu sahədə xüsusi mexanizmlərin  yaradılması barədə qarşılıqlı  fikir  mübadiləsi  aparılacaq. 
Deputatımız müzakirələrdə fəal iştirak edəcək, öz fikirlərini bölüşəcək.

 

Milli Məclisin

Mətbuat xidməti

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU