AVRONEST PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
03 noyabr 2014 | 04:11   
Paylaşın:        

Noyabrın 4-də və 5-də Avronest Parlament Assambleyasının Siyasi işlər, insan hüquqları və demokratiya, İqtisadi inteqrasiya, Enerji təhlükəsizliyi, Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin iclasları keçiriləcəkdir.
İclaslarda Milli Məclisin deputatları Elxan Süleymanov, Azər Kərimli, Rasim Musabəyov və Azay Quliyev iştirak edəcəklər.
Komitələrdə demokratiya, yaxşı idarəetmə və sabitlik, Şərqi Ukraynada münaqişə və Avropada təhlükəsizliyə dair təhdidlər, Avropa İttifaqı ilə iqtisadi inteqrasiya və yaxınlaşma, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında birgə nəqliyyat layihələri sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi, Şərq Tərəfdaşlığı çərçivəsində mədəniyyətlərarası dialoq və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Deputatlarımız müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər.
Səfər noyabrın 6-da başa çatacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU