DEPUTATIMIZ ASTANAYA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
05 noyabr 2014 | 05:11   
Paylaşın:        

Milli  Məclisin Regional məsələlər komitəsinin sədri Arif  Rəhimzadə MDB-yə üzv ölkələrin Əmək, miqrasiya və sosial müdafiəsi üzrə Məşvərət  Şurasının  XXVII  iclasında  iştirak  etmək  üçün  noyabrın 6-dan 8-dək  Qazaxıstanda səfərdə olacaq.
Astana  şəhərində  keçirilən toplantıda MDB-yə  üzv  olan  ölkələrdə  əlillərin sosial müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ünvanlı sosial yardımların verilməsi sahəsində şəffaflığın qorunması, quruma üzv ölkələrdə qaçqınlarla bağlı problemlərin həlli məsələləri  müzakirə  ediləcək.
Tədbirdə Arif Rəhimzadənin “MDB-yə üzv olan ölkələrdə sosial qanunvericilik bazasının  gücləndirilməsi”  mövzusunda  çıxışı  nəzərdə  tutulur.

 
 Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU