PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
07 noyabr 2014 | 03:11   
Paylaşın:        

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, parlamentin GUAM PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Elton Məmmədov, deputatlardan Mirkazım Kazımov və Əli Məsimli  noyabrın  9-dan 14-dək Moldovada səfərdə olacaqlar.
Deputatlarımız ölkənin paytaxtı Kişineu şəhərində keçiriləcək  GUAM Parlament Assambleyasının 7-ci  iclasının işində iştirak edəcəklər. Toplantıya Baltik Assambleyası, TürkPA və Vişeqrad ölkələrinin  nümayəndələri  qatılacaqlar. Sessiya çərçivəsində qurumun büro iclası keçiriləcək, GUAM ərazisində geosiyasi mühitin transformasiyası, quruma üzv dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın  inkişaf  perspektivləri  barədə  fikir  mübadiləsi  aparılacaq.

* * *
Milli Məclisin deputatı İlham Əliyev  TürkPA-nın  İqtisadi Əməkdaşlıq  Komissiyasının  4-cü  toplantısında  iştirak  etmək  üçün  noyabrın 7-dən  10-dək Qazaxıstanda  səfərdə olacaq.
Astana  şəhərində  keçirilən toplantıda quruma  üzv  dövlətlərdə  enerji sahəsində  əməkdaşlıq  məsələləri  müzakirə  ediləcək.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU