AVROPA SOSİAL XARTİYASININ SEMİNARINDA

XƏBƏRLƏR
07 noyabr 2014 | 05:11   
Paylaşın:        

Noyabrın 10-da Parisdə Avropa Sosial Xartiyası üzrə Avropa Şurası Parlament Assambleyasının alt komitəsinin “Təhlükəsizlik və sağlam əmək şəraitinin təmin edilməsi” mövzusunda seminarı keçiriləcəkdir. Tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli iştirak edəcəkdir.
Seminarda işdəki təhlükələri azaltmaq üçün təhlükəsizlik və sağlamlıq qaydalarının gücləndirilməsi, iqtisadiyyatın bütün sahələrində bütün işçilər üçün müvafiq iş mühitinin təmin edilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Səfər noyabrın 11-də başa çatacaqdır.   

Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU