MİNSKDƏ SEÇKİ PROSESLƏRİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
08 noyabr 2014 | 01:11   
Paylaşın:        

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “MDB məkanında seçki prosesləri” mövzusunda keçiriləcək  beynəlxalq konfransda iştirak etmək üçün noyabrın 9-dan 12-dək Belarusda səfərdə olacaq.
 Paytaxt Minsk şəhərində keçirilən toplantıda quruma üzv dövlətlərdə seçki prosedurlarının təkmilləşdirilməsi, bu sahədəki yeniliklər barədə fikir mübadiləsi aparılacaq. Deputatımız konfransda Azərbaycanda seçki  prosesində beynəlxalq müşahidəçilərin rolu, yeni texnologiyaların tətbiqi və əldə olunan nailiyyətlərlə bağlı fikirlərini bildirəcək.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU