AZƏRBAYCAN, GÜRCÜSTAN və TÜRKİYƏ AVROPA ÜÇÜN ÖNƏMLİ ÖLKƏLƏRDİR

XƏBƏRLƏR
11 noyabr 2014 | 04:11   
Paylaşın:        

Milli Məclisin deputatları Fuad Muradov və Asim Mollazadə “Avropa geosiyasi kontekstində Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı” regional konfransında iştirak etmək üçün noyabrın 13-dən 16-dək İtaliyanın Kadenabiya şəhərində səfərdə olacaqlar.
Avropa İdeyalar Şəbəkəsi ilə Konrad Adenaur Fondunun təşkil etdiyi tədbirdə Avropa Parlamentində Xalq Partiyasının vitse-prezidenti Paulo Rangel, Avropa Komissiyasının rəsmi nümayəndələri, hər üç ölkənin təmsilçiləri iştirak edəcəklər.
Regional konfransda Bosfor boğazından Xəzər dənizinədək ərazidə  Avropa qonşuluq siyasəti nəzərdən keçiriləcək. Azərbaycan, Gürcüstan və Türkiyənin Avropa İttifaqı ilə yaxınlaşmasının perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.
“Avrasiya bağlılığı və Avropanın enerji təhlükəsizliyi: regional əməkdaşlığın geostrateji uyğunluğu” mövzusu ətrafında müzakirələrdə Milli Məclisin deputatı Fuad Muradov Azərbaycanla bağlı  istiqamətlərdən söhbət açacaq.
Azərbaycan, Gürcüstan və Türkiyə ilə əməkdaşlıq imkanlarının araşdırıldığı tədbirdə Milli Məclisin deputatı Asim Mollazadə “Üçtərəfli əməkdaşlıq və Avropa təhlükəsizliyi” məsələsinə dair fikirlərini diqqətə çatdıracaq. 
Regional konfransın yekun mərhələsində açıq debat olacaq. İştirakçılar Avropa İttifaqı ilə bu üç ölkə arasında strateji tərəfdaşlığın genişləndirilməsi yollarını araşdıracaqlar.

Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU