PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
12 noyabr 2014 | 02:11   
Paylaşın:        

Noyabrın 14-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin, noyabrın 17-18-də isə Brüsseldə AŞPA Daimi Komitəsinin və Bürosunun iclasları keçiriləcək.
İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Elxan Süleymanov iştirak edəcəklər.
Tədbirlərdə Monako ilə monitorinq sonrası dialoq, Bosniya və Herseqovinada, Bolqarıstanda, Tunisdə, Moldovada və Ukraynada son parlament seçkilərinin nəticələri və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Səfər noyabrın 19-da başa çatacaq.

*       *       *

Noyabrın 13-də Strasburqda Uşaq hüquqları strategiyasına dair Avropa Şurası ekspertlər komitəsinin I iclası keçiriləcək. İclasda Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak edəcək.
Tədbirdə 2012-2015-ci illər üçün Avropa Şurasının uşaq hüquqları strategiyasının həyata keçirilməsi vəziyyəti və növbəti strategiyanın hazırlıq işləri müzakirə olunacaq.
Səfər noyabrın 14-də başa çatacaq.

Milli Məclisin
 Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU