MİLLİ MƏCLİSİN DEPUTATLARI BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
13 noyabr 2014 | 03:11   
Paylaşın:        

Noyabrın 14-də Parisdə “Dinlərarası anlaşma: birgəyaşayışın modelləri”, noyabrın 15-də isə Strasburqda “Milli-mədəni müxtəliflikdə konfessiyalararası dialoq: multikultural modellər” mövzularında beynəlxalq konfranslar keçiriləcək. Tədbirlərdə Milli Məclisin deputatları Sahibə Qafarova və Yevda Abramov iştirak edəcəklər.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin UNESCO ilə birgə təşkil etdiyi bu konfranslarda müxtəlif ölkələrdən olan 150-dən artıq din azadlığı, tolerantlıq və dövlət-din münasibətləri üzrə ekspertlərin, ictimaiyyət nümayəndələrinin, beynəlxalq QHT-lərin rəhbərlərinin, ölkəmizin Fransadakı səfirliyinin, Azərbaycanın UNESCO və Avropa Şurası yanında nümayəndəliklərinin təmsilçilərinin iştirakı gözlənilir. 
Deputatların səfəri noyabrın 16-da başa çatacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU