AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
13 noyabr 2014 | 03:11   
Paylaşın:        

Noyabrın 19-dan 21-dək Nyu-Yorkda AŞPA-nın Xarici əlaqələr alt komitəsinin iclası keçiriləcək. İclasda Milli Məclisin deputatı Sabir Hacıyev iştirak edəcək.
Tədbirdə keçmiş Yuqoslaviyaya daxil olan ölkələr arasında barışıq, Yaxın Şərqdə sülh prosesi, İŞİD-in törətdiyi təhlükələr, ərəb dünyasında siyasi dəyişikliklər, mədəniyyətlərarası və dinlərarası dialoq, Kipr və Ukraynadakı problemlər, siyasi ekstremizm, neonasizm, antisemitizm, terrorizmlə mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Səfər noyabrın 22-də başa çatacaq.

Milli Məclisin
 Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU