TÜRKİYƏDƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR KONFRANS KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
19 noyabr 2014 | 12:11   
Paylaşın:        

Milli Məclisin deputatı Musa Qasımlı noyabrın 20-dən 22-dək Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaq.
Deputatımız “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sülh və təhlükəsizliyə, qonşuluq münasibətlərinə təhdid kimi” mövzusunda beynəlxalq konfransda iştirak edəcək. Tədbirin təşkilatçıları SAM – Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və AVİM – Avrasiya İncələmələr Mərkəzidir. Konfransa hər iki qurumun əməkdaşları, həmçinin Türkiyənin tanınmış politoloqları, nüfuzlu mütəxəssislər və ekspertlər qatılacaqlar.
Musa Qasımlı beynəlxalq konfransda münaqişənin tarixi kökləri, ermənilərin Azərbaycan ərazilərinə gətirilib yerləşdirilməsi və bölgədə demoqrafik şəraitin dəyişdirilməsi barədə geniş məruzə edəcək.

 

 Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU