NATO PA-nın 60-cı İLLİK SESSİYASINDA

XƏBƏRLƏR
20 noyabr 2014 | 04:11   
Paylaşın:        

 Milli Məclisin deputatları Tahir  Süleymanov, Məlahət  İbrahimqızı, Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının 60-cı illik  sessiyasında  iştirak etmək üçün  noyabrın 20-dən 25-dək  Niderlandda  səfərdə olacaqlar.
Haaqa şəhərində qurumun illik sessiyası ilə bərabər Siyasi, İqtisadiyyat, Təhlükəsizliyin mülki ölçüsü, Müdafiə  və təhlükəsizlik, Elm və texnologiya komitələrinin iclasları da keçiriləcək.  Toplantılarda Avropa  enerji  təhlükəsizliyi,  Cənubi Qafqaz  dəhlizi,  Əfqanıstanda  siyasi  keçid  dövrünün  problemləri,  Ukraynada  geostrateji  vəziyyət, bu ölkənin  suverenliyinə dəstək,  Suriyada və Aralıq  dənizi hövzəsində  qaçqınlar  böhranının regional təsirləri, terrorçuluqla  mübarizə, transatlantik ticarət və sərmayə  tərəfdaşlığı  üzrə  qətnamə  layihələri müzakirə olunacaq.
Deputatlarımız müzakirə edilən məsələlərə  münasibət  bildirəcəklər.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU