PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
25 noyabr 2014 | 09:11   
Paylaşın:        

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Sabir Hacıyev “Avropada inam tənəzzülünün qarşısının alınması yolları” mövzusunda Dəyirmi Masada iştirak etmək  üçün  noyabrın 25-26-da  Rusiya Federasiyasında səfərdə olacaqlar.
Paytaxt Moskvada Rusiya Dumasının sədri Sergey Narışkinin sədrliyi ilə keçirilən toplantıda mövzu ətrafında diskussiyalar aparılacaq, məruzələr dinləniləcək.


* * *

Milli Məclisin Beynəlxalq  münasibətlər və parlamentlərarası əlaqələr  komitəsinin  sədri Səməd  Seyidov, deputatlar Asim Mollazadə və Rasim Musabəyov Azərbaycan-Türkiyə-Gürcüstan parlamentləri xarici əlaqələr komitələrinin görüşündə iştirak etmək üçün noyabrın 26-dan 29-dək  Gürcüstanın paytaxtı Tbilisidə  səfərdə olacaqlar.
Toplantıda deputatlarımız Azərbaycan parlamentinin müvafiq komitəsində  görülən işlər, yeni qanun layihələri, qəbul edilən sənədlər barədə danışacaq, bu sahədə əldə olunan nailiyyət və yeniliklər barədə tədbir iştirakçılarına məlumat verəcəklər.


Milli Məclisn
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU