“QARABAĞ” MƏDƏNİYYƏT CƏMİYYƏTİNİN FƏALİYYƏTİ GENİŞLƏNİR

XƏBƏRLƏR
25 noyabr 2014 | 01:11   
Paylaşın:        

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin  üzvü Rövşən Rzayev və deputat Fuad Muradov noyabrın 26-dan 28-dək Lüksemburqda səfərdə olacaqlar.
Deputatlarımız 2011-ci ildən bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Cəmiyyətinin ölkənin paytaxtı olan Lüksemburq şəhərində məlumat bürosunun açılışında iştirak edəcəklər. Həmin büro Azərbaycan, həmçinin işğal olunmuş Dağlıq Qarabağ bölgəsi haqqında tarixi, mədəni, turistik məlumatların yerli əhaliyə çatdırılması, tanıtma məqsədi daşıyan tədbirlərin təşkili ilə məşğul olacaq. 
Azərbaycan diasporunun yerli üzvləri ilə yanaşı xarici nümayəndələrin də təmsil olunduğu “Qarabağ” Mədəniyyət Cəmiyyətinin bu tədbirində Milli Məclisin deputatları Dağlıq Qarabağ münaqişəsinin tarixi-siyasi kökləri haqqında ətraflı məlumat verəcək, Azərbaycan həqiqətlərini bir daha Avropa ictimaiyyətinin diqqətinə çatdıracaqlar. Büronun açılış mərasimində Rövşən Rzayev Dağlıq Qarabağın Azərbaycanlı İcması adından çıxış edəcək.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU