MİLLİ MƏCLİSİN DEPUTATI BOLQARISTANA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
15 mart 2012 | 01:03   
Paylaşın:        

Milli Məclisin deputatı Jalə Əliyeva martın 20-dən Bolqarıstanın Sofiya şəhərinə səfər edəcək.
Səfər çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri olan millət vəkili qurumun iclasında iştirak edəcək. Tədbirdə “QDİƏT-ə üzv dövlətlərdə uşaq hüquqlarının müdafiəsi: son hadisələrin qiymətləndirilməsi” mövzusunda deputatımızın məruzəsi dinləniləcək, növbəti iclasın yeri və vaxtı müəyyənləşdiriləcək.
Səfər martın 22-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU