MOLDOVADA PARLAMENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
27 noyabr 2014 | 03:11   
Paylaşın:        

Milli Məclisin deputatları Moldovada keçiriləcək növbəti parlament seçkilərini müşahidə etmək üçün noyabrın 29-da Kişineu şəhərinə səfər edəcəklər.
Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB Parlament Assambleyasının xətti ilə, deputat Elton Məmmədov GUAM Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri, deputat Mirkazım Kazımov isə nümayəndə heyətinin üzvü qismində seçki prosesini izləyəcəklər.
Millət vəkilləri seçki məntəqələrində olacaq, səsvermənin gedişini müşahidə edəcəklər.
Səfər dekabrın 2-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU