ASİYA PARLAMENT ASSAMBLEYASININ SESSİYASINDA

XƏBƏRLƏR
28 noyabr 2014 | 05:11   
Paylaşın:        

Milli Məclisin deputatı Qənirə Paşayeva Asiya Parlament Assambleyasının 7-ci plenar sessiyasında iştirak etmək  üçün noyabrın 29-da Pakistanın Lahor şəhərinə səfər edəcək.
Tədbirdə region ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri və digər aktual məsələlərlə bağlı müzakirələr aparılacaq.
Millət vəkili müzakirə olunacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini səsləndirəcək.
Səfər dekabrın 8-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU