PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
02 dekabr 2014 | 10:12   
Paylaşın:        

Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün dekabrın 2-də İsveçrənin Bazel şəhərinə səfərə gedəcək.
Büro iclasında ABŞ-da, Ukraynada, Moldovada, Bosniya və Herseqovinada keçirilmiş seçkilərin müşahidə olunmasının nəticələri, ATƏT PA-nın keçirəcəyi gələcək tədbirlər və başqa mövzularda fikir mübadiləsi aparılacaqdır.
Səfər müddətində deputat Azay Quliyev ATƏT-in  Nazirlər Şurasının iclasına da qatılacaqdır.
Səfər dekabrın 7-də başa çatacaq.

*       *       *

 

Milli Məclisin deputatı Sahibə Qafarova  Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi üzrə alt komitəsinin iclasında iştirak etmək üçün dekabrın 2-də Parisə yola düşəcək.
Tədbirdə Avropada dözümsüzlük və diskriminasiya ilə mübarizə və digər mövzularda müzakirələr aparılacaqdır.
Səfər çərçivəsində deputat Sahibə Qafarova Londonda “Böyük Britaniyada qadınlara qarşı zorakılıqla mübarizə” mövzusunda keçiriləcək seminarda da iştirak edəcəkdir.
Deputatın səfəri dekabrın 10-da başa çatacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU