ALMANİYADA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR KONFRANSLAR KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
04 dekabr 2014 | 02:12   
Paylaşın:        

Milli Məclisin deputatı Musa Qasımlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş konfranslarda iştirak etmək üçün dekabrın 5-dən 15-dək Almaniyada səfərdə olacaq.
Almaniyadakı Türk-Azərbaycan Birliyinin – TAVD-ın təşkilatçılığı ilə Berlin və Hamburq şəhərlərində keçiriləcək konfranslarda Türkiyə və Azərbaycan tarixçiləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri yerli ictimaiyyətin diqqətinə çatdıracaq, tarixin müxtəlif dövrlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlardan, o cümlədən Xocalı soyqırımından bəhs edəcəklər.
Deputatımız öz məruzələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə ətraflı məlumat verəcək. Son iki yüz ildə ermənilərin Azərbaycan ərazilərinə gətirilib yerləşdirilməsi nəticəsində bölgədə demoqrafik şəraitin dəyişdirildiyini Almaniya ictimaiyyətinin nəzərinə çatdıracaq. 1988-ci ildən başlanan Dağlıq Qarabağ münaqişəsinin bu gün də regional sülhə və təhlükəsizliyə böyük təhlükə olduğunu, həmçinin qonşuluq münasibətlərini təhdid etdiyini konkret faktlarla bildirəcək.

 

 Milli Məclisin
Mətbuat xidməti

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU