AŞPA-NIN BÜRO VƏ KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
05 dekabr 2014 | 04:12   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar Elxan Süleymanov və Sabir Hacıyev AŞPA-nın Büro, Monitorinq, Siyasi işlər, Hüquqi işlər və insan haqları Komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 7-dən 12-dək Parisdə səfərdə olacaqlar.
  İclaslarda Ukraynada siyasi böhranın nəticələri, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın yenidən baş qaldırması, Bosniya və Herseqovinada, Tunisdə və Moldovada son parlament seçkilərinin nəticələri, Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə Avropa Şurası dövlətlərində insan haqlarına riayət olunması, Şimali Qafqazda insan haqlarının vəziyyəti, siyasi təqib kriteriyasının müəyyənləşdirilməsi və digər mövzularda müzakirələr aparılacaqdır.
Səfər çərçivəsində Monitorinq Komitəsinin iclasında Serbiya üzrə həmməruzəçi Səməd Seyidovun bu ölkəyə 27-28 oktyabr tarixlərində həyata keçirilmiş fakt araşdırıcı səfəri barədə hesabatı da dinləniləcəkdir.
Tədbirlərdə deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU