QDİƏT PARLAMENT MƏCLİSİ BAŞ ASSAMBLEYASININ PLENAR İCLASINDA

XƏBƏRLƏR
06 dekabr 2014 | 02:12   
Paylaşın:        

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 44-cü plenar iclası dekabrın 8-də Yunanıstanın paytaxtı Afina şəhərində öz işinə başlayacaq.
Tədbirdə Milli Məclisin bu qurumda təmsil olunan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev, deputatlar Jalə Əliyeva, Musa Quliyev, Ayaz Orucov, Mixail Zabelin iştirak edəcəklər.
Toplantıda “Qara Dəniz Əməkdaşlığı regionu qlobal əməkdaşlıq sisteminin tərkib hissəsi kimi” mövzusu ətrafında fikir mübadiləsi aparılacaq. Yığıncaqda QDİƏT və onun  Parlament Assambleyasının, Qara Dəniz Ticarət və İnkişaf Bankının, Beynəlxalq Araşdırmalar Mərkəzinin fəaliyyətləri barədə məlumatlar dinləniləcək. İclas iştirakçıları, həmçinin, region ölkələrində beynəlxalq sərnişin və yük daşımalarının tənzimlənməsində, kiçik biznesin inkişafının hüquqi təminatında parlamentlərin rolu, gender bərabərliyi ilə bağlı məsələləri müzakirə edəcəklər.
Səfər zamanı millət vəkilləri Assambleya Bürosunun, Daimi Komitənin, Hüquqi və siyasi məsələlər komitəsinin iclaslarına da qatılacaqlar.
Səfər dekabrın 10-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU