MDB-yə ÜZV DÖVLƏTLƏRİN ELM VƏ YARADICI ZİYALILARININ FORUMUNDA

XƏBƏRLƏR
15 dekabr 2014 | 04:12   
Paylaşın:        

Milli Məclisin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov MDB-yə üzv dövlətlərin elm və yaradıcı   ziyalılarının IX Forumunda iştirak etmək üçün dekabrın 15-dən 17-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq.
Tədbirdə “MDB humanitar məkanının inkişafı: əməkdaşlığın perspektivləri və zamanın çağırışları” mövzusunda müzakirələr aparılacaq.
Forum çərçivəsində müxtəlif bölmələr üzrə keçiriləcək yığıncaqlarda mədəni irsin qorunmasında gənclərin rolu, elm və təhsilin inkişafı, mədəniyyətlərarası dialoq və onun möhkəmləndirilməsində kütləvi informasiya vasitələrinin rolu, habelə Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümünün qeyd edilməsi və 2015-ci ilin Veteranlar ili elan olunması ilə bağlı məsələlərə baxılacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU