AŞPA-NIN MƏRUZƏÇİSİ MİLLİ MƏCLİSDƏ OLDU

XƏBƏRLƏR
16 dekabr 2014 | 03:12   
Paylaşın:        

Dekabrın 16-da Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi üzrə” məruzəçisi Milisa Markoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə  görüşdü. Görüşdə məruzəçinin Sərsəng su anbarı və onun ətrafındakı bölgələrdə su çatışmazlığının yaratdığı vəziyyət barədə hazırlayacağı məruzə ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov xanım Milisa Markoviçə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış problemlər barədə məlumat verdi. Sərsəng su anbarının Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri üçün yaratdığı fəlakətli vəziyyət qonaqların diqqətinə çatdırıldı.
Söhbət zamanı Səməd Seyidov hazırlanacaq məruzənin obyektiv və ədalətli olacağına əminliyini ifadə etdi.
Milisa Markoviç Bakıda əlaqədar nazirliklərdə görüşlər keçirdiyini qeyd etdi. Bildirdi ki, nümayəndə heyəti Sərsəng su anbarının yaxınlığında yerləşən Azərbaycanın nəzarətində olan rayonlara da səfər edəcək və vəziyyətlə yerində tanış olacaqlar. Qeyd edildi ki, məruzənin hazırlanmasında Avropa Şurası Parlament Assambleyasının bu işə cəlb etdiyi mütəxəssislər də yaxından iştirak edəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU