ÖZBƏKİSTANDA PARLAMENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
17 dekabr 2014 | 03:12   
Paylaşın:        

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov,  deputatlar Aydın Abbasov və Etibar Hüseynov Azərbaycan parlamentinin müşahidəçiləri qismində Özbəkistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün dekabrın 18-dən 22-dək Daşkənddə səfərdə olacaqlar.
Deputatlarımız Özbəkistan Ali Məclisinin Qanunvericilik palatasına keçiriləcək seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına və demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU