AŞ PA-nın KOMİTƏLƏRİNDƏ

XƏBƏRLƏR
16 mart 2012 | 05:03   
Paylaşın:        

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün martın 18-də Fransanın Paris şəhərinə səfər edəcək.
Tədbirdə “Gender bərabərliyi və Avropa Şurasının cənub qonşuluğunda qadınların statusu”, “Avropada müsəlman qadınlar: bərabər imkanlar naminə”, “Gender bərabərliyinin ailədə təmin edilməsi”  mövzularında məruzələrin dinlənilməsi, irqi ayrı-seçkilik, alt komitələrin tərkibinin müəyyənləşdirilməsinə dair məsələlərin müzakirəsi nəzərdə tutulub.
Sahibə Qafarova komitədə müzakirə olunacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər martın 27-də başa çatacaq.

*     *     *

Millət vəkili Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün martın 20-də Parisə yola düşəcək.
Yığıncaqda “İqtisadi və maliyyə böhranlarından sonra normal yaşayış üçün təqaüdlərin müəyyən edilməsi”, “Vergi ilə bağlı siyasətin formalaşması”, “Maliyyə əməliyyatlarında sosial ədalətin bərpası”, “Orqan alverinə qarşı mübarizə üçün Avropa Konvensiyasına doğru” mövzuları ətrafında fikir mübadiləsi aparılacaq, komitənin işçi proqramı və gələcək prioritetləri müəyyənləşdiriləcək.
Sevinc Fətəliyeva iclasda qaldırılacaq məsələlərə öz münasibətini bildirəcək. Səfər çərçivəsində deputatımız Ətraf mühit və enerji məsələləri, Sosial və iqtisadi hüquqlar, İctimai sağlamlıq üzrə alt komitələrin toplantılarına qatılacaq.
Səfər martın 25-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU