DEPUTATIMIZ BELÇİKADA SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
17 yanvar 2015 | 01:01   
Paylaşın:        

Milli Məclisin deputatı Asim Mollazadə yanvarın 19-da  Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
Səfər zamanı millət vəkili qurumun Siyasi komitəsinin qeyri-rəsmi iclasında bu komitənin fəaliyyəti ilə bağlı müzakirələrə qatılacaq, Avronest PA-nın Belarus üzrə işçi qrupunun toplantısında iştirak edəcək. 
Səfər yanvarın 22-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU