AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASINDA

XƏBƏRLƏR
23 yanvar 2015 | 11:01   
Paylaşın:        

Yanvarın 26-dan 30-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli, deputatlardan Sevinc Fətəliyeva, Elxan Süleymanov, Qənirə Paşayeva,  Rafael Hüseynov, Rövşən Rzayev, Aydın Abbasov, Sahibə Qafarova, Sabir Hacıyev və Fazil Mustafa daxildirlər.
Sessiyada Büro və Daimi Komitədə görülmüş işlərin hesabatı dinləniləcək, Ukrayna qaçqınlarının və məcburi köçkünlərinin humanitar vəziyyəti, Avropa Şurası və Avropa Birliyi arasında anlaşma memorandumunun həyata keçirilməsi, Monteneqronun Avropa Şurası qarşısında götürdüyü vəzifə və öhdəliklərin yerinə yetirilməsi, Avropada media azadlığının qorunması, qeyri-tolerantlıq və diskriminasiya ilə mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Sessiya çərçivəsində keçiriləcək iclaslarda deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU