KARLOS XİMENES MASİAS: “AZƏRBAYCAN REGİONDA BÖYÜK POTENSİALA VƏ GÜCƏ MALİKDİR”

XƏBƏRLƏR
12 dekabr 2011 | 06:12   
Paylaşın:        

Dekabrın 12-də Milli Məclisdə Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Meksika Birləşmiş Ştatları Senatının nümayəndələri ilə görüşdü.
Qrupun rəhbəri Ülvi Quliyev qonaqları salamlayaraq, onları parlamentdə görməyindən məmnun olduğunu bildirdi. Millət vəkili Milli Məclisin tərkibi, qanunvericilik fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verdi. Azərbaycanla Meksika arasında  gələcəkdə əlaqələrin daha sıx inkişaf edəcəyinə ümüdvar olduğunu bildirdi. Deputat güclü iqtisadiyyata,   neft-qaz yataqlarına malik olan ölkəmizin həm də yüksək mənəvi dəyərləri olduğunu qeyd etdi. Ermənistanın təcavüzü nəticəsində torpağımızın 20 faizinin işğal olunduğu, 1 milyondan çox həmvətənlərimizin qaçqın düşdüyü qonaqların nəzərinə çatdırıldı.
Ülvi Quliyev Meksika Senatının deputatlar palatası tərəfindən qəbul edilmiş sənəddə Ermənistanın  Azərbaycan torpaqlarını işğal etməsi, Xocalı soyqırımı və s. reallıqların öz əksini tapmasını yüksək qiymətləndirdi. Ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində göstərdiyi dəstəyə görə Meksika tərəfinə minnətdarlığını bildirildi.
Səmimi qəbula görə təşəkkürlər edən Senator Karlos Ximenes Masias Azərbaycanın regionda böyük potensiala və gücə malik olduğunu vurğuladı. Balanslaşdırılmış siyasət nəticəsində öz dinamik inkişafını təmin edən ölkəmizin əldə etdiyi uğurları yüksək qiymətləndirildi.
Qonaq ölkələrimiz arasında əlaqələrin inkişafına xüsusi önəm verdiyini söyləyərək, gələcəkdə də Meksikanın Azərbaycanın mövqeyini dəstəkləyəcəyini xüsusi vurğuladı.
Çıxış zamanı deputatlarımız ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə Meksika dövlətinə öz minnətdarlıqlarını bildirdilər.
Görüş səmimi söhbətlə davam etdirildi.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU