DEPUTATLARIMIZ ABŞ-a SƏFƏR EDƏCƏKLƏR

XƏBƏRLƏR
26 yanvar 2015 | 06:01   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputat Asim Mollazadə Amerika Birləşmiş Ştatlarında səfərdə olacaqlar.
Millət vəkilləri yanvarın 30-da Vaşinqton şəhərində keçiriləcək Atlantik Şuranın konfransında iştirak edəcəklər. Tədbirdə “Avropanın Şərqində transatlantik strategiyaya doğru” mövzusu ətrafında müzakirələr aparılacaq.
Toplantıda deputatlarımız məsələ barədə öz fikirlərini açıqlayacaqlar.
Səfər fevralın 4-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU