DEPUTATIMIZ ABŞ-a SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
30 yanvar 2015 | 03:01   
Paylaşın:        

Milli Məclisin deputatı Yevda Abramov fevralın 1-də Amerika Birləşmiş Ştatlarına səfər edəcək.
Deputatımız Los-Anceles şəhərində yerləşən ən böyük yəhudi məbədlərindən biri olan “Sinay” sinaqoqunda keçiriləcək xüsusi dəri üzərində hazırlanmış Tövratın (“Sefer Tora”) təqdimat mərasimində iştirak edəcək. Tədbirdə Azərbaycan və Amerika yəhudiləri arasında yaranmış əlaqələr, ölkəmizdə dini tolerantlıq ənənələrinin formalaşması barədə fikir mübadiləsi aparılacaq və ABŞ Yəhudi icmaları tərəfindən müqəddəs “Sefer Tora” Bakı Dağ Yəhudiləri Dini icmasına bağışlanacaq.
Səfər fevralın 4-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU