ALMANİYADA GƏNC LİDERLƏRİN TƏDBİRLƏRİ KEÇİRİLƏCƏKDİR

XƏBƏRLƏR
04 fevral 2015 | 04:02   
Paylaşın:        

Fevralın 5-dən 8-dək Almaniyanın Münhen şəhərində 51-ci Münhen Təhlükəsizlik Konfransının iclası və Gənc Liderlər-2015 adlı tədbir keçiriləcəkdir. İclaslarda Milli Məclisin deputatı Fuad Muradov iştirak edəcəkdir. 
Tədbirlərdə Almaniyanın, NATO üzvü olan dövlətlərin, həmçinin Avro-Atlantik birliyi üçün strateji əhəmiyyət daşıyan ölkələrin hökumət, parlament, qeyri-hökumət, media və özəl sektorlarının nümayəndələri iştirak edəcəklər. İclaslarda Transatlantik və qlobal təhlükəsizlik siyasəti mövzusunda fikir mübadiləsi aparılacaq, gənc liderlərin fikirləri dinləniləcəkdir.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU