AVRONEST PA-nın TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
09 fevral 2015 | 04:02   
Paylaşın:        

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və komitənin sədr müavini Rövşən Rzayev Avronest PA-nın tədbirlərində iştirak etmək üçün fevralın 10-da Fransanın Strasburq şəhərinə səfərə yola düşəcəklər.
Qurumun Siyasi və İqtisadi komitələrinin üzvü olan Əli Hüseynli Avronest PA-nın Büro iclasında Azərbaycanı təmsil edəcək. Büroda bir sıra təşkilati məsələlərə baxılacaq. Belarus üzrə və Prosedur qaydaları üzrə işçi qrupların 2014-cü ildəki fəaliyyətinə nəzər salınacaq, Daimi komitələrdə hazırlanmış məruzə layihələri ilə, həmçinin Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitinə ünvanlanacaq məktubla bağlı fikir mübadiləsi aparılacaq.
Prosedur qaydaları üzrə işçi qrupun həmsədri, Sosial komitənin üzvü Rövşən Rzayev isə Avronest PA-nın plenar sessiyası və Daimi komitələri üzrə prosedur qaydalarına təklif edilən əlavə və dəyişikliklərlə bağlı məsələnin müzakirəsində iştirak edəcək.
Deputatlarımız iclaslarda gedən müzakirələrdə ölkəmizin maraqları mövqeyindən təkliflərini bildirəcəklər.
Səfər fevralın 13-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU