QOBUSTAN RAYONUNDA QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

XƏBƏRLƏR
19 mart 2012 | 01:03   
Paylaşın:        

Martın 17-də, Novruz bayramı ərəfəsində, Milli Məclisin nümayəndələri Qobustan rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlərin görüşünə gəlmişlər.
Rayonda məskunlaşmış, öz yurd-yuvalarından erməni işğalı nəticəsində didərgin düşmüş insanlarla görüş zamanı vurğulanmışdır ki, ölkə rəhbərliyi onların problemlərini daim diqqət mərkəzində saxlayır, qaldırılan məsələlərin həlli üçün məqsədyönlü addımlar atılır. Novruz bayramı münasibəti ilə qaçqın və məcburi köçkünləri Milli Məclis rəhbərliyi adından təbrik edən nümayəndə heyətinin üzvləri onlara öz ürək sözlərini söyləmişlər. 
Qobustanda məskunlaşmış qaçqın və məcburi köçkünlər adından çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, şəxsən Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmiş, tezliklə öz doğma torpaqlarına qayıdacaqlarına inandıqlarını ifadə etmişlər.
Görüşdən sonra tədbir iştirakçılarına bayram sovqatı təqdim edilmişdir.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU