XOCALI SOYQIRIMI TÜRKİYƏDƏ ANILACAQ

XƏBƏRLƏR
20 fevral 2015 | 04:02   
Paylaşın:        

Milli Məclisin deputatları Fəzail İbrahimli, Aqil Abbasov,  Cavanşir Feyziyev, Sabir Rüstəmxanlı ölkəmizin İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə Xocalı faciəsinin növbəti ildönümünə həsr olunmuş anım mərasimlərində iştirak etmək üçün  fevralın 21-dən Türkiyədə səfərdə olacaqlar.
Millət vəkilləri İstanbul, İzmir, Bursa və Muğla şəhərlərində faciə ilə əlaqədar keçiriləcək tədbirlərə qatılacaqlar.
Deputatlarımız anım tədbirlərində Xocalı faciəsinin tarixi, dinc əhaliyə qarşı törədilən vəhşiliklər, erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım siyasəti barədə fikirlərini açıqlayacaq, bu dəhşətli hadisənin geniş ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verəcəklər.
Səfər fevralın 28-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU