XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ HOLLANDİYADA TƏDBİRLƏR KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
21 fevral 2015 | 01:02   
Paylaşın:        

Milli Məclisin deputatı Zahid Oruc Ermənistanın Qarabağı işğalını və Xocalı soyqırımını pisləyən mitinq-yürüşdə və həmin mövzuya həsr olunmuş konfransda və rəsm sərgisində iştirak etmək üçün fevralın 25-dən 28-dək Niderland Krallığının Haaqa şəhərində səfərdə olacaqdır.
Hollandiya Türkləri Şurası tərəfindən təşkil olunmuş tədbirlər silsiləsi Ermənistan səfirliyi qarşısına qara rəngli çələng qoyulması ilə başlayacaqdır.
Millət vəkili Zahid Oruc konfransda çıxış edəcək, Qarabağın işğalından sonrakı proseslər və Azərbaycanın siyasəti barədə iştirakçılara məlumat verəcəkdir. Tədbirdə Qarabağ qaçqınları haqqında şəkillərdən slayd göstəriləcək, konfransdan sonra isə fotosərgi nümayiş etdiriləcəkdir.

 

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU