XOCALI SOYQIRIMI TÜRKİYƏNİN BİR SIRA BÖLGƏLƏRİNDƏ ANILACAQDIR

XƏBƏRLƏR
23 fevral 2015 | 10:02   
Paylaşın:        

Milli Məclisin deputatları Elman Məmmədov və Qənirə Paşayeva Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbirlərində iştirak etmək üçün fevralın 23-dən 28-dək Ankarada səfərdə olacaqlar.
Millət vəkilləri Ankaranın Kızılcahamam rayonu ərazisində yerləşən Xocalı Abidə və Muzey Kompleksində, həmçinin Keçiörən rayonu ərazisində yerləşən Azərbaycan Meydanındakı Xocalı Abidəsi önündə keçiriləcək anım mərasimlərində iştirak edəcək, bir sıra görüşlərə qatılacaqlar.

*       *       *

Milli Məclisin deputatı Musa Qasımlı Xocalı soyqırımı ilə bağlı tədbirlərdə iştirak etmək üçün fevralın 23-dən 28-dək Türkiyənin Kayseri, Malatya və Kahramanmaraş şəhərlərində səfərdə olacaqdır.
Millət vəkili ermənilər tərəfindən  xalqımıza qarşı törədilmiş soyqırımı vəhşiliklərinin Türkiyə ictimaiyyətinə çatdırılması məqsədi ilə anım tədbirlərində çıxışlar edəcək, bir sıra faktları diqqətə çatdıracaqdır.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU