PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
24 fevral 2015 | 10:02   
Paylaşın:        

Milli Məclisin deputatları  Xanlar Fətiyev, Siyavuş Novruzov  və Rauf Əliyev Berlində fəaliyyət göstərən “Azərbaycan Evi” Cəmiyyətinin təşkilatçılığı ilə  Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar keçiriləcək tədbirdə iştirak etmək üçün fevralın 25-dən martın 2-dək  Almaniyada səfərdə olacaqlar.
Deputatlarımız mərasimdə Dağlıq Qarabağ  münaqişəsinin yaranma tarixi, hazırkı durumu, torpaqlarımızın işğalı və Xocalı soyqırımı haqqında tədbir  iştirakçılarına  ətraflı məlumat  verəcəklər.
* * *
Milli Məclisin deputatları Aydın Mirzəzadə, Azər  Badamov  və Rüfət  Quliyev  fevralın 27-dən martın 2-dək   Tacikistana  səfər  edəcəklər.
Deputatlarımız  ölkədə  keçiriləcək  parlament   seçkilərini  müşahidə  etmək üçün  MDB  Parlament  Assambletasının  və İcraiyyə Komitəsinin xətti ilə paytaxt Düşənbənin  bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, yeni seçki texnologiyalarının tətbiqi ilə maraqlanacaqlar. 

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU