XOCALI QURBANLARININ XATİRƏSİ ANILACAQ

XƏBƏRLƏR
25 fevral 2015 | 05:02   
Paylaşın:        

Milli Məclisin deputatı Fuad Muradov Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün fevralın 24-dən İsrailin Akko şəhərində, fevralın 26-dan isə Rusiya Federasiyasının paytaxtı Moskvada səfərdə olacaq.
Səfər çərçivəsində keçiriləcək yığıncaqlarda Xocalı faciəsi zamanı həlak olan insanların xatirəsi anılacaq, bu qətliam haqqında məlumat veriləcək, dinc əhaliyə qarşı törədilən qəddarlıqları əks etdirən sənədlər nümayiş  olunacaq.
Səfər fevralın 28-də başa çatacaq.

*     *     *

Milli Məclisin deputatları Asim Mollazadə və Sevinc Fətəliyeva Xocalı soyqırımına həsr olunmuş anım mərasimlərində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda və ölkənin bir sıra ştatlarında olacaqlar.
Tədbirlərdə Xocalı qurbanlarının xatirəsi yad ediləcək, şəhərin  işğalı, oradakı əhalinin kütləvi qətli haqqında həqiqətlər, bu  faciənin minlərlə insana yaşatdığı ağrı-acılar geniş ictimaiyyətin diqqətinə çatdırılacaq, soyqırımın dünyada tanıdılması istiqamətində görülən məqsədyönlü işlər və əldə olunan müsbət nəticələr barədə söhbət açılacaq. 
Səfər martın 3-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU