QDİƏT PARLAMENT MƏCLİSİNDƏ

XƏBƏRLƏR
26 fevral 2015 | 04:02   
Paylaşın:        

Milli Məclisin  deputatları  Musa  Quliyev  və Ayaz Orucov  Qara  Dəniz  İqtisadi  Əməkdaşlıq  Təşkilatı Parlament  Məclisinin işçi  qrupunun iclasında  iştirak  etmək üçün martın 1-dən  4-dək  Türkiyədə səfərdə  olacaqlar.
Qurumun İstanbul  şəhərində  keçiriləcək  toplantısında  əsasən cari  məsələlər müzakirə ediləcək, təşkilata üzv ölkələrin nümayəndələri  reqlamentlə bağlı  təkliflərini  verəcəklər.  Deputatlarımız  müzakirə  edilən  məsələlərə  münasibətlərini açıqlayacaqlar.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU