AZƏRBAYCAN - İSVEÇRƏ PARLAMENTLƏRİ ARASINDA DOSTLUQ ƏLAQƏLƏRİ MÖHKƏMLƏNİR

XƏBƏRLƏR
02 mart 2015 | 11:03   
Paylaşın:        

Mili Məclis Sədrinin müavini Bahar Muradova, deputatlardan  Elton Məmmədov  və Malik Həsənov  martın 3-dən 6-dək  İsveçrənin Bern  şəhərində  səfərdə  olacaqlar.
Səfər İsveçrə - Azərbaycan  parlamentlərarası  dostluq  qrupunun sədri Kristin Egerszegi-Obrisin dəvəti ilə həyata keçiriləcək.  Deputatlarımız səfər  çərçivəsində  İsveçrə  parlamenti  Milli Şurasının sədri Stefan Rossini, Kantonlar  Şurasının sədri  Klod Eş, Federal Xarici  işlər Departamentinin dövlət katibi İv Rosye, Bern şəhərinin meri Aleksandr Çerpet və digər rəsmi şəxslərlə  görüşlər  keçirəcək,  parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərini müzakirə  edəcəklər.

 

Milli Məclisin
Mətuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU