AŞPA MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
02 mart 2015 | 07:03   
Paylaşın:        

Martın 2-də ölkəmizdə səfərdə olan AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ilə görüşdülər.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qonaqları mehribanlıqla salamladıqdan sonra Pedro Aqramunt AŞPA Monitorinq Komitəsinin nümayəndə heyətini təqdim etdi. Bildirdi ki, bu ilin iyun ayında özünün həmməruzəçilik müddəti başa çatır. Sonra Tadeuş İvinski Milli Məclisin komitə sədrlərinə çatdırmaq istədikləri fikirləri bölüşdü.
Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, əməkdaşlığın daha da möhkəmləndirilməsi, insan hüquqlarına dair qanunverici bazanın zənginləşdirilməsi kimi qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Görülən işlərdən və həyata keçiriləcək tədbirlərdən söhbət açıldı.  
Azərbaycan parlamentinin komitə sədrləri Əli Hüseynli və Rəbiyyət Aslanova AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərini maraqlandıran suallara aydınlıq gətirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU