MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
02 mart 2015 | 06:03   
Paylaşın:        

Martın 2-də Milli Məclisin AŞPA-dakı daimi  nümayəndə  heyətinin  üzvləri  ölkəmizdə  səfərdə olan qurumun həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Tadeuş  İvinski (Polşa) ilə  görüşdülər.
Qonaqları salamlayan parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd  Seyidov Tadeuş  İvinskini Azərbaycan  üzrə  məruzəçi  seçilməsi  münasibəti ilə təbrik etdi,  ona bu çətin  və məsuliyyətli  dönəmdə  uğurlar  arzuladı. Qeyd  olundu ki, Avropa  Şurası ilə əməkdaşlığın  inkişafında  maraqlı olan  Azərbaycan təşkilat qarşısında  götürdüyü  öhdəlikləri  layiqincə  yerinə  yetirir.  Sonra Səməd  Seyidov qonaqlara ölkəmizdə müşahidə olunan siyasi sabitlikdən, iqtisadi  inkişafından söz  açdı,  Dağlıq Qarabağ münaqişəsi prosesindəki  mövcud  durum  barədə ətraflı məlumat verdi. 
Görüş  üçün minnətdarlığını  bildirən Tadeuş  İvinski  bu  günkü  səfər  proqramı  çərçivəsində  keçirdikləri  görüşlərin əhəmiyyətindən  danışdı. O,  Azərbaycanın  Avropa  Şurasındakı fəaliyyətini  yüksək  dəyərləndirdi. Qonaq bu ilin iyun  ayında Azərbaycanla  əlaqədar  hazırlanacaq  məruzə ilə bağlı  fikirlərini  bölüşdü.
Söhbətdə  qarşılıqlı  maraq  doğuran  bir  sıra  məsələlər  barəsində fikir  mübadiləsi  aparıldı.


Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU