AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ BÜRO VƏ DAİMİ KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
03 mart 2015 | 03:03   
Paylaşın:        

Martın 5-də və 6-da Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.
Tədbirlərdə Avropa Şurasına üzv dövlətlərdə qanunun aliliyinə olan təhdidlər, Avropa institutları və insan haqları, miqrant diasporların demokratikləşmə prosesində iştirakı və bir sıra təşkilati məsələlər müzakirə olunacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU