NYU-YORKDA GENDER MƏSƏLƏLƏRİNƏ DAİR SESSİYA KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
05 mart 2015 | 01:03   
Paylaşın:        

Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın Gender bərabərliyi üzrə alt komitəsinin sədri kimi BMT-nin Qadınların statusuna dair beynəlxalq komissiyasının 59-cu sessiyasında iştirak etmək üçün martın 7-dən 14-dək ABŞ-ın Nyu-York şəhərində səfərdə olacaq.
Sessiyada qadınların ictimai-siyasi fəallığının artırılması,  iqtisadi proseslərə daha yaxından cəlb olunması yolları araşdırılacaq. “Gender bərabərliyinə nail olmaq üçün ictimai normaların dəyişdirilməsi”, “Gender bərabərliyinin təmin olunmasında milli mexanizmlər”, “İqtisadiyyatda qadınların rolunun artırılması” və digər mövzularda məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
Tədbirdə Azərbaycan parlamentinin deputatı müzakirəyə çıxarılmış məsələlərə münasibət bildirəcək.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU