AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI KOMİTƏLƏRİNİN İCLASLARI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
10 mart 2015 | 02:03   
Paylaşın:        

Martın 11-də və 12-də Niderland Krallığının Haaqa şəhərində Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media, martın 18-də isə Parisdə bu qurumun Hüquqi işlər və insan haqları komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin deputatı Rafael Hüseynov  iştirak edəcək.
İclaslarda Avropada uşaqların təhsil hüququ, din və dini ayinlərin azadlığı, kiberterrorizmə qarşı əməkdaşlığın gücləndirilməsi, Avropa Şurası ölkələrinin məhkəmə sistemlərindəki korrupsiya ilə mübarizə, inzibati həbs anlayışının hüquqi baxımdan təkmilləşdirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU