MİLLİ MƏCLİSİN DEPUTATLARI GÜRCÜSTANA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
19 mart 2012 | 03:03   
Paylaşın:        

Milli Məclisin deputatları Qənirə Paşayeva və Asim Mollazadə martın 20-də Gürcüstanın paytaxtı Tibilisi şəhərinə səfər edəcəklər.
Millət vəkilləri burada keçiriləcək Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə həsr olunmuş konfransda iştirak edəcəklər.
Səfər martın 23-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU