AŞPA-nın DAĞLIQ QARABAĞ ÜZRƏ MƏRUZƏÇİSİ PARLAMENTDƏ

XƏBƏRLƏR
13 mart 2015 | 06:03   
Paylaşın:        

Azərbaycanda faktaraşdırıcı səfərdə olan AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Robert Volter martın 12-də Milli Məclisdə AŞPA-dakı nümayəndə heyətimizin üzvləri ilə görüşdü.
Görüşdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qonağa Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdi. Təcavüzkar Ermənistanın destruktiv mövqeyi barədə konkret faktları diqqətə çatdırdı. Ermənistan rəhbərliyinin bu münaqişə ilə bağlı digər mötəbər təşkilatlarda qəbul olunmuş qətnamələr kimi, Avropa Şurasında qəbul edilmiş sənədləri də nəzərə almadığını, prezident Serj Sarkisyanın həmin qərarları “boş kağızlar” adlandırdığını xatırlatdı.
Səməd Seyidov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Qərbdə yürüdülən ikili standartlardan söz açdı, separatçılara münasibətdə beynəlxalq miqyasda obyektivlikdən uzaq münasibət sərgiləndiyini dedi. Azərbaycanın daim müxtəlif məzmunlu təzyiqlərlə qarşılaşdığını bildirdi. Öhdəsinə götürdüyü çətin işdə məruzəçi Robert Volterə uğurlar arzulayaraq onun obyektiv və qərəzsiz olacağına inam ifadə etdi.
Görüş zamanı AŞPA-nın məruzəçisi fikirlərini bölüşdü. Milli Məclisin deputatları Robert Uolteri maraqlandıran məsələlərə aydınlıq gətirdilər.

 
Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU